Biz yüksək keyfiyyətli ekoloji məhsulların becərilməsi üçün zəruri olan adaptasiya olunmuş və tam avtomatlaşdırılmış iqlim nəzarəti sisteminə malik bütün il boyu işləyən müasir istixana kompleksinə investisiya yatırırıq.
Mikroiqlim becərilən bitkilərin vəziyyəti və sağlamlığına təsir göstərən ən mühüm amildir.
İnnovativ kompüter proqramlarının köməyi ilə bütün mikroiqlim amillərinin effektiv əlaqələndirilməsinə nail oluruq. Düzgün balanslaşdırılmış temperatur və rütubət, istixanada CO2-nin miqdarı və işıqlandırma kompleks yanaşmada müxtəlif xəstəliklərin yaranma riskini azaldır. İnnovativ proqram təkcə cari vəziyyəti qeydə almayaraq, həm də xarici mühiti proqnozlaşdırır və təhlil edir, becərilən bitkilərin tələbatlarını müəyyən edir və verilənlər bazasında günlər, həftələr və hətta aylar üçün mikroiqlimi əvvəlcədən tənzimləmək mümkündür.
İdeal idarə olunan mikroiqlim məhsulun keyfiyyətini artırır, xərcləri azaldır və məhsuldarlığı yüksəldir.
Müxtəlif bitkilərin becərilməsi üçün zəruri enerji ehtiyatı işıq, istilik və CO2 mənbəyidir.
İşıq, istilik və SO2-nin düzgün balanslaşdırılmış nisbəti tərəvəzlərin yüksək keyfiyyətinə, bitkilərin parlaq rənginə və sağlam inkişafına zəmanət verir.
Enerji resurslarının kompüter proqramlarının modul strukturunun köməyi ilə effektiv cəmlənməsi və təkrar paylanması mürəkkəb çoxfunksiyalı prosesləri balanslaşdırılmış şəkildə idarə etməyə imkan verir.
Kompleksdə balanslaşdırılmış iqlim məhsulun keyfiyyətinə kifayət qədər müxtəlif (müxtəlif yönlü, müxtəlif şəkildə, müxtəlif yollarla) təsir göstərir. Buna baxmayaraq, aqronomlar tərəfindən aqrokultura işlərinin aparılması ilə bağlı məlumatların toplanması, zərərvericilərə nəzarət və onlardan müdafiə, bitkilərin inkişafının dəqiq izlənməsi və nəzarət edilməsi və s., eləcə də aqrokultura işlərinin işçilər arasında istehsalat vəzifələrinə müvafiq olaraq düzgün bölüşdürülməsi istehsalat proseslərinin uğurla aparılması üçün mühüm amillərdir.
Bu cür şəraitdə təkcə məhsuldarlığa nail olmaq deyil, həm də istehlakçıların tələblərinin ödənilməsi üçün keyfiyyətli və sağlam məhsullar əldə etmək mümkündür. İstehsalat proseslərindən irəli gələn bütün bu verilənlərin təhlili bizə istehsalat prosesini proqnozlaşdırmağa və sistemli şəkildə təkmilləşdirməyə imkan verir.
Müxtəlif mənbələrdən daxil olan savadlı şəkildə strukturlaşdırılmış informasiya ümumilikdə biznes-proseslərin qiymətləndirilməsi və optimallaşdırılması və gəlirlər və xərclərə savadlı nəzarət məqsədi ilə müvafiq departamentlər tərəfindən dəqiq təhlil edilir.
Şirkətin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, bizimi məhsullarımız Avropa ölkələrinə, Rusiyanın müxtəlif regionlarına və Ərəb Əmirliklərinə göndərilib. Satışlar və marketinqin tərəfimizdən seçilmiş dəqiq idarəetmə sistemi brendimizi müxtəlif satış bazarlarında irəli çəkməyə imkan verir.
Peşəkar “Agro Art” komandası hədəf müştəriləri müəyyən edir, satışın paylanması kanallarından istifadə etməklə bazar seqmentlərini nəzərdən keçirir, potensial bazar iştirakçıları haqqında məlumat toplayır, satışları dəqiq planlaşdırır, hər bir kanal üçün müxtəlif şərtlər paketi təklif edir, distribyutorları müxtəlif promoaksiyalar vasitəsilə stimullaşdırır.