Şirkət haqqında

Şirkət haqqında

“AGRO ART” - art made in Azerbaijan

2017-ci ildə yaradılmış "AGRO ART" MMC aqrar-sənaye kompleksi innovativ metodlar və müasir texnologiyalar tətbiq etməklə, ekoloji cəhətdən təmiz məhsul istehsalında böyük uğurlara nail olmuşdur.

İnnovativ metodlar və texnologiyaların tətbiqi texnoloji xərclər və riskləri azaltmağa, bitkilərin keyfiyyətli qidalandırma və müdafiə elementlərinin istifadəsini optimallaşdırmağa, enerji sərfini minimuma endirməyə və istehsal olunan məhsulun həcmini artırmağa imkan verir.

Missiyamız

İnkişafının bütün mərhələlərində "AGRO ART" şirkətinin başlıca vəzifəsi – insanları həyati vacib faydalı kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.


Vizyonumuz

AGRO ART” şirkətinin başlıca məqsədi istər investor və işçilər, istərsə də yerli və beynəlxalq bazarda tərəfdaşlarımız və sosial icma üçün ictimai faydalı və effektiv şirkət olmaqdır. Həmçinin ekoloji cəhətdən təmiz məhsulun alınması üçün innovativ həllər sahəsində aparıcı kənd təsərrüfatı şirkəti olmaq niyyətindəyik.

Yuxarı